Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandiri məhkəmədə ifadə verib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandiri məhkəmədə ifadə verib
# 06 noyabr 2012 08:11 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanov ifadə verib. Ş. Sultanov ifadəsində Bəxtiyar Məmmədovdan şikayətçi olmadığını bildirib.

Proses noyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanının yaxınlığında yaşayan hərbçilərin hüquqlarını müdafiə edən B. Məmmədov Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayətinə əsasən, saxlanılıb. B. Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Ötən il dekabrın 30-da Səbayel rayon Polis İdarəsinə çağırılan B. Məmmədov orada saxlanılıb və Səbayel Rayon Məhkəməsinə aparılaraq barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra isə B. Məmmədova daha bir maddə - Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR