BİZNES-QOROSKOP

BİZNES-QOROSKOP
# 01 may 2007 16:20 (UTC +04:00)
Qoç


Ayın birinci yarısında sizi hərəkətə gətirmək çətin olacaq və yalnız 4-5-də, eləcə də 13-14-də bir qədər fəallıq yaranacağı müşahidə edilə bilər. Əvəzində ayın 15-də Mars yerini dəyişərək Qoç bürcünə daxil olandan sonra sizdə liderlik ruhu oyanacaq. Biznesdə yüksəliş başlayacaq, siz idmanla məşğul ola, şəxsi işinizə başlaya, prioritetlərinizi qəti şəkildə dəyişə bilяrsiniz. Bu dövr ərzində ən əsası adətən münaqişələrə və anlaşılmazlığa səbəb olan hədsiz coşğunluğa yol verməməkdir. Hər şeyi çatdıracaqsınız, tələsməyə dəyməz, həm yolda, həm də insanlarla ünsiyyətdə vaxtında özünüzü saxlamağı və mövcud oyun qaydalarına əməl etməyi unutmayın. Mayın sonuncu ongünlüyündə hərəkətləriniz daha şüurlu olacaq, ailəyə və qohumlara daha çox diqqət yetirmək lazım gələcək.
Uğurlu günləriniz 13-14 may.

Buğa


Ayın əvvəlində ulduzlar açıq-aşkar möhkəmliyinizi yoxlamağı qərara alıb. Köhnə xroniki xəstəlikləriniz özünü göstərə, ailə ilə və rəhbərliklə qarşılıqlı anlaşmanız pisləşə, maliyyə problemləriniz meydana çıxa bilər, psixoloji tonusunuz normadan aşağı olacaq. Ayın 13-16-dək itkilərinizi minimmadək azaltmalı, ad-sanınızı zərbə altında qoymamalı, artıq xərclərdən yayınmalısınız. Mayın 16-da təzə ay çıxandan sonra sizin üçün daha uğurlu dövr başlayacaq. İnsanlarla münasibətlərinizi yaxşılaşdıra, qüvvənizi və daxili ehtiyatlarınızı bərpa edə bilərsiniz. Dostlarınız və qohumlarınız sizə xeyli yardım edəcək, bu dövrdə alış-veriş etmək, əlaqələri bərpa etmək, istirahət etmək olar. Ayın axırında hansısa yeni bilik və vərdişləri, peşəni mənimsəmək faydalıdır.
Uğurlu gününüz 15 may.

Əkizlər


May bayramlarında bağda, yaxud hardasa Türkiyə çimərliklərində dincələ bilərsiniz. Ayın 11-də Merkuri bürcünüzə daxil olanda həyata və işə marağınız oyanacaq, yeni görüşləriniz, maraqlı ideyalarınız, kitablarınız və səfərləriniz olacaq. Ayın ikinci yarısı qat-qat fəal keçəcək, mayın 18-20-də isə sərfəli beynəlxalq əlaqələr, işdə, təhsildə və şəxsi inkişafınızda yeni təkliflər meydana çıxa bilər. Ayın sonu da sizin üçün uğurlu olacaq. Mayın 21-də öz bürcünüzün gəlişi ilə yaradıcı qüvvənizin, ilhamınızın və ətrafdakılar tərəfindən diqqətin artdığını hiss edəcəksiniz, xeyli mühüm informasiya meydana çıxacaq. Təkcə ayın 20-də və 27-də yolda, eləcə də insanlarla ünsiyyətdə daha diqqətli olmaq lazımdır.
Uğurlu günləriniz 17-18 may.

Xərçəng


Ayın ilk altı günündə alış-veriş və maliyyə aksiyaları planlaşdırmağına dəyməz, biznesdə və şəxsi həyatda mühüm görüşləri başqa vaxta təxirə salsanız yaxşıdır. Veneranın Saturn və Neptunla aspektləri ucbatından yaxın adamlarınızdan ayrılacağınız və pul itkilərinə məruz qalacağınız mümkündür, yaxınlarınızdan kiməsə kömək lazım ola bilər, səhhətinizə qarşı daha diqqətli olmalısınız. Ayın ortası daha sakit keçəcək, işdə çoxlu müsbət dəyişikliklər baş verəcək, ən müxtəlif adamlar sizi dəstəkləyəcək, yeni dostlarınız meydana çıxa bilər. Ayın 17-18-dən sonra Xərçənglər emosional yüksəliş hiss edəcək, xeyli yeni planları meydana çıxacaq. Mayın 27-dən sonra sizi maraqlı biznes xəbərləri gözləyir.
Uğurlu günləriniz 18,24 may.

Şir


İlk 10-12 gündə ulduzların parıltısı sizin üçün uğursuz olacaq. Səhhətinizin ciddi şəkildə pisləşəcəyi, alacağınız pulların xeyli ləngiyəcəyi, işlərinizdə uğursuzluq müşahidə edilə bilər. Həmin dövrdə möhkəm olmağınız, işdə risкə yol verməməyiniz, şəxsi həyatdakı mühüm tədbirləri təxirə salmağınız lazımdır. Mayın ikinci yarısı daha məhsuldar keçməlidir. Sizi biznesdə və təhsildə yüksəliş, xarici aləmdə dəstək, yeni təşəbbüslər, səhhətinizin yaxşılaşması gözləyir. Ayın üçüncü ongünlüyündə xeyli maraqlı tanışlıqlar meydana çıxacaq, ətrafdakılarla dil tapmaq sizin üçün daha asan olacaq. Həyat daha dinamik, müxtəlif hadisələrlə zəngin olacaq. Maraqlı ictimai tədbirlərdə iştirak edə bilərsiniz, dostlarınız planlarınızın gerçəkləşməsində sizə kömək edəcək.
Uğurlu günləriniz 21, 22, 23 may.

Qız


Ayın əvvəlində hadisələr hədsiz asta inkişaf edə bilər, hətta adi işlərdə də bir qədər durğunluq yarana bilər. Əvəzində, məsələn, ev, yaxud torpaq sahəsi almaq və ya satmaq, kredit götürmək və mənzilinizdəki şəraiti dəyişmək şansınız var. Artıq ayın 10-12-dən sonra işlərinizdə xeyli yaxşılaşma olacaq. İşdə, təhsildə və yaradıcılıqda yeni perspektivlər meydana çıxa bilər. Ayın axırı şəxsi münasibətlərinizi qaydaya salmaqda sizə kömək edəcək, maraqlı tanışlıqlar gətirəcək, hansısa klublara daxil ola, həmfikirlər və yeni dostlar tapa bilərsiniz. İşdə qısa müddət ərzində yeni texnologiyalarla tanış olacaq, yeni zirvələr barədə düşünə biləcəksiniz.
Uğurlu günləriniz 24-25 may.

Tərəzi


Bayramlara baxmayaraq, myın birinci həftəsi kifayət qədər gərgin keçə bilər. Qohumlarla və tanışlarla münaqişələr istisna edilmir, bəzi adamlarla ünsiyyətinizə son qoya bilrsiniz. Amma artıq ayın 8-dən bütün stressləri unudaraq isti və qayğıkeş ailə ocağına sığınacaq, doğma və yaxın adamlarınızın himayəsi altında olacaqsınız. Ayın iiknci yarısında həyatınızın dinamikliyi qat-qat artacaq, mayın 21-dən sonra doğma ünsürünüz sayılan hava ünsürü sizi dəstəkləyəcək, elə bu səbəbdən səhhətiniz yaxşılaşacaq, işlənirinizdə daha çox sərbəstlik meydana çıxacaq. Ayın 26-da münaqişələrdən və kəskin qərarlardan yayınmaq vacibdir, hərçənd kimsə qəsdən sizi özünüzdən çıxara bilər. İşdə rəqiblərinizdən geri qalmayın, daha qəti və aqressiv hərəkət etməyə çalışın.
Uğurlu günləriniz 26, 27, 28 may.

Əqrəb


May bayramlarında səhhətinizin durumu dəyişkən ola bilər, hər hansı bir işin ucbatından asudə vaxtınız o qədər də çox olmayacaq, hətta istirahət edəndə də psixoloji və ya maddi problemlər sizi narahat edə bilər. Əqrəblər ilk iki həftədə artıq xərclərdən qaçsalar, eyni zamanda yeni qazanc barədə düşünsələr yaxşıdır. Ayın 12-dən sonra müvəqqəti enmə dövrü keçəcək və siz maliyyə vəziyyətinizi yaxşılaşdıra, özünüz üçün yaxşı şeylər, yaxınlarınıza hədiyyələr ala, təhsilə və yaradıcılıq layihələrinə vaxt ayıra bilərsiniz. Ayın ortasında və axırında yeni işgüzar əlaqələr meydana çıxa bilər, ətrafdakılardan çox şey öyrənə bilərsiniz. Son üç gündə qohumlar və köhnə dostlar yadınıza düşəcək, doğma yerlərinizə baş çəkmək barədə düşünəcəksiniz.
Uğurlu günləriniz 2, 29-30 may

Oxatan


Mayın ilk həftəsində qonşularla və ya qohumlarla münasibətləriniz gərginləşə bilər, xüsusilə xaricə səfərlər zamanı diqqətli olmalısınız. Ayın 13-dək Marsla Plutonun aspektləri uğbatından bəzi Oxatanlar hakimiyyət və nüfuz uğrunda ciddi mübarizə ilə qarşılaşmalı olacaqlar. Amma artıq ayın 14-dən ulduzların sizə qarşı iltifatı artacaq, həyat daha dolğun və dinamik olacaq, təşəbbüsləriniz güclü şəkildə dəstəklənəcək. Mayın 17-dən 20-dək hörmətinizi artırmaqda, təsir sahənizi genişləndirməkdə sizə kömək edəcək çox mühüm görüşlər, ictimai tədbirlər baş verə bilər. Xüsusilə xarici dil bilənləri uğur gözləyir. Ayın 26-27-də yollarda qəza halları risqinin artacağı gözlənilir, sığortalanmağı və texniki təhlükəsizlik tədbirləri görməyi unutmayın, bu zaman gözlənilmədən bəzi əlaqələr pozula bilər.
Uğurlu günləriniz 4-5, 31 may.

Oğlaq


Ayın birinci ongünlüyündə kifayət qədər qayğınız meydana çıxa, istirahətlə iş bir-birinə qarışa bilər, ciddi alış-veriş planlaşdırmasanız yaxşıdır. Lakin artıq ayın 7-dən və ya 11-dən başlayaraq Oğlaqlar talenin iltifatını hiss edəcəklər: bu özünü konkret insanlar, etibarlı tərəfdaşların simasında, sevgidə və ailədə xoş hadisələrlə göstərəcək. Ayın ikinci ongünlüyündə planlarınızı və istəklərinizi həyata keçirmək sizin üçün xeyli asanlaşacaq, şəxsi və ailə həyatınızda harmoniya yaranacaq. Sizi yaxşı cəmiyyətə dəvət edə bilərlər, işinizdə düzgün qərarlar qəbul etməyinizi asanlaşdıracaq dəyərli köməkçiləriniz, vasitəçiləriniz və məsləhətçiləriniz meydana çıxa bilər. Həm özünüzün, həm də yaxın adamınızın üslub və imicinə daha çox diqqət yetirmək lazım gələcək, cəmiyyətdəki uğurunuz bundan çox asılı olacaq.
Uğurlu günləriniz 6-7 may.

Dolça


May sizin üçün çox vacib aydır, o, cəmiyyətdəki əlaqələrinizi fəallaşdırmağa, təşkilatçılıq, diplomatlıq və vasitəçilik istedadlarınızı göstərməyə, özünüzü daha parlaq göstərməyə imkan verir. İmkanlarınızı artıracaq yeni tərəfdaşlarınız meydana çıxa bilər. Dolçalar bütün mümkün görüşlərdə, danışıqlarda, bayram və tədbirlərdə daha fəal iştirak etməlidirlər. Şəxsi həyatda da çoxlu maraqlı və xoş hadisələr gözlənilir. Yeni adamlarla tanış ola, birlikdə tez-tez camaat arasına çıxa, vaxtınızı mədəni istirahətə və əyləncələrə həsr edə bilərsiniz. Yaxın adamınız üçün may böyük uğurlar dövrü ola bilər, odur ki, sevinmək üçün səbəbiniz olacaq. Ayın axırında işdə mübahisələr olacağı gözlənilir. Şəxsi maliyyənizə və ümumi maliyyəyə daha diqqətlə nəzarət etməli olacaqsınız.
Uğurlu günləriniz 29-30 may.

Balıqlar


Mayın əvvəlində xarakterinizi göstərməli, işdə və şəxsi ünsiyyətdə mövqelərinizi daha tez-tez müdafiə etməlisiniz, ayın 5-də və 12-də isə səhhətinizi qorumalısınız. Mayın 13-də iradə nümayiş etdirərək bir sıra qərarlar qəbul edəndən sonra gərginlik azalacaq. Ayın ikinci yarısı işgüzar baxımdan daha rahat və müsbət emosiyalarla zəngin olacaq. Sizi sərfəli ezamiyyətlər, yeni nailiyyətlər, dostlarınızla xoş görüşlər gözləyir. Ayın 11-dən 25-dək olan vaxt yeni tanışlıqlar və dostlarla istirahət üçün yaxşı dövrdür. Ayın son ongünlüyündə şəxsi inkişaf üçün xeyli dəyərli məlumat meydana çıxacaq, qohumlarınızın sizə qonaq gələcəyi, qonşu şəhərlərə qısa səfərlər edəcəyiniz istisna edilmir. Mayın 29-dan əzizlərinizlə ünsiyyət qurmaq daha rahat olacaq, bundan başqa, hansısa istedadınız üzə çıxa bilər.
Uğurlu günləriniz 11-12 may.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR