Yalama dəmiryolu stansiyasında dayanmış vaqonlardan xeyli miqdarda buğda oğurlanıb

Yalama dəmiryolu stansiyasında dayanmış vaqonlardan xeyli miqdarda buğda oğurlanıb
# 03 may 2007 15:15 (UTC +04:00)
Yalama dəmiryolu stansiyasının ərazisində dayanmış vaqonlardan buğda oğurlayan Xaçmaz sakinləri tutulub. Daxili İşlər Nazirlinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxslərin stansiyanın Təhlükəsizlik Xidmətinin əməkdaşları, Xaçmaz sakinləri Nurbala Babayev və Oqtay Qəribov olduqları aşkarlanıb. Həmin şəxslər vaqonlardan 641 kiloqram buğda oğurlayıblar. Faktla bağlı araşdırma arılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR