Moskvada ermənilərin aşdığı atəş nəticəsində güllə yarası almış azərbaycanlı tələbə Ağəli Alışov bu gün xəstəxanadan evə buraxılıb

Moskvada ermənilərin aşdığı atəş nəticəsində güllə yarası almış azərbaycanlı tələbə Ağəli Alışov bu gün xəstəxanadan evə buraxılıb
# 05 may 2007 12:56 (UTC +04:00)
Moskvada təhsil alan azərbaycanlı tələbələrin APA-ya verdiyi məlumata görə, artıq Ağəlinin vəziyyəti yaxşılaşıb və həkimlər onu evə buraxmağa qərar veriblər. Qeyd edək ki, A. Alışovun valideynləri də artıq Moskvadadır.
Ermənilərin A. Alışova odlu silahdan atəş açması faktı ilə bağlı xuliqanlıq maddəsi üzrə başlanmış cinayət işi ilə bağlı isə hələlik saxlanılan yoxdur. Onu da əlavə edək ki, soydaşlarımız cinayət işinin bu maddə üzrə başlanılmasından narazıdırlar. Onlar hesab edirlər ki, cinayət işi daha ağır maddə üzrə açılmalıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR