Kapital Bankın Əli Bayramlı filialının inkassatoru 140 min dolları oğurlayaraq qaçıb

Kapital Bankın Əli Bayramlı filialının inkassatoru 140 min dolları oğurlayaraq qaçıb
# 18 may 2007 14:27 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun Daxili İşlər Nazirliyindən aldığı məlumata görə, Əli Bayramlı şəhər sakini, Şükürov küçəsi 21 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü, Kapital Bankın inkassatoru Zamiq Tahir oğlu Ağayev bankın Əli Bayramlı şöbəsinə məxsus 140 min dollar pulu götürərək, qaçıb. Belə ki, inkassator Zamiq Ağayev sürücüdən su almağı xahiş edib, su almağa gedən sürücü geri qayıdarkən avtomobili yerində görməyib. Faktla bağlı Səbayel rayon Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Səbayel rayon prokurorunun müavini Elçin Sultanov isə APA-ya açıqlamasında avtomobilin tapıldığını deyib. Onun sözlərinə görə, avtomobil hazırda Səbayel rayon Polis İdarəsindədir. İnkassatorun axtarışları isə davam edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR