Elçin Behbudov sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb

Elçin Behbudov sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb
# 02 iyul 2007 15:07 (UTC +04:00)
Bu gün İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov Bayılda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb. Bu barədə APA-ya məlumat verən hüquq müdafiəçisi bildirib ki, sabiq nazir ona səhhətində ciddi problemlərin olduğunu deyib: “Əli İnsanov bildirdi ki, səhhəti getdikcə pisləşir, ağrıları artır. O, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilməsini istəyir”. E. Behbudov Ə. İnsanovun şikayəti ilə bağlı ədliyyə nazirinə müraciət edəcəyini açıqlayıb.
Qeyd edək ki, Ə. İnsanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR