Bakı şəhər sakini Gəncədə intihar edib

Bakı şəhər sakini Gəncədə intihar edib
# 02 iyul 2007 15:13 (UTC +04:00)
Gəncədə intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun məlumatına görə, ötən gecə saat 1:00 radələrində Gəncədə 30 nömrəli məktəbin həyətində ağacdan asılı vəziyyətdə kişi meyidi aşkar edilib. Cəsədi məktəbin yaxınlığında yerləşən “N”saylı hərbi hissənin əsgərləri görüb və dərhal polisə məlumat veriblər. Polis əməkdaşlarının apardıqları araşdırma nəticəsində ancaq bu gün səhər cəsədin şəxsiyyəti müəyyənləşdirilib. Bəlli olub ki, bu, Bakı şəhər Binəqədi rayon sakini 1954-cü il təvəllüdlü Tofiq Sultanovdur. Onun qohumlarının evinə qonaq gəldiyi aydınlaşıb. İlkin versiyaya görə, hadisə intihar halı kimi qiymətləndirilir.
Gəncə şəhər Prokurorluğunun müstəntiqi Elşən Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR