Azərbaycana məxsus gəmi Rusiyada qəza törədib

Azərbaycana məxsus gəmi Rusiyada qəza törədib
# 03 iyul 2007 12:13 (UTC +04:00)
APA-nın Rusiya Şimali Qafqaz üzrə Nəqliyyatda Daxili İşlər İdarəsinə istinadən yaydığı məlumata görə, Azərbaycana məxsus “Casper Mariner” gəmisi Rusiyanın Rostov vilayətində Taqanroq limanının sərhəd xidmətinin “Mustang” kateri ilə toqquşub. Hadisəyə səbəb “Casper Mariner”nin mühərrikində yaranan nasazlıq olub. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hazırda hadisənin səbəbləri və dəyən ziyan müəyyənləşdirilir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən APA-ya bildirilib ki, sözügedən gəmi idarəyə məxsus deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR