Türkiyəli iş adamı Bakı sakinini bıçaqla qətlə yetirib

Türkiyəli iş adamı Bakı sakinini bıçaqla qətlə yetirib
# 04 iyul 2007 11:57 (UTC +04:00)
Yasamal rayonunda yerləşən 20 saylı orta məktəbdə təmir işləri zamanı baş verən münaqişə ölümlə nəticələnib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Türkiyə vətəndaşı, iş adamı Hazar Ersin Mahmut Nəriman oğlu münaqişə zəminində Bakı sakini Azər Xəlilovu qətlə yetirib. Münaqişə zamanı bədəninin müxtəlif nahiyələrindən bıçaq yaraları alan Azər Xəlilov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Azər Xəlilov xəstəxanada dünyasını dəyişib. Qatil hadisə yerindən qaçsa da, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində onu tutmaq mümkün olub. Hazırda faktla bağlı cinayət iş başlanıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR