Masallıda ölümlə nəticələnən yol qəzası baş verib

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib
# 05 iyul 2007 14:13 (UTC +04:00)
Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, bu gün saat 11:15 radələrində Cəlilabad rayonunun Göytəpə kənd sakini, 1947-ci il təvəllüdlü Rəşad Məhərrəm oğlu Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı 15 BX 244 dövlət nömrə nişanlı maşınla Masallı şəhər sakini, 1970-ci il təvəllüdlü Elnur Talıb oğlu Muradovun idarə etdiyi “VAZ-21011 markalı” 10 DE 461 avtomobillə toqquşub. Nəticədə E. Muradov hadisə yerində keçinib, R. Mehdiyev və “VAZ-21011”-in sakini, Masallı şəhər sakini, 1960-cı il təvəllüdlü Səlaməddin Təvəkkül oğlu Tağıyev müxtəlif bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR