71 yaşlı Quba sakini yol qəzası nəticəsində vəfat edib

71 yaşlı Quba sakini yol qəzası nəticəsində vəfat edib
# 06 iyul 2007 08:09 (UTC +04:00)
İyulun 5-də axşam saatlarında Quba rayonunun Vəlvələ kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Quba Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən xəbərə görə, Bakı-Quba yolunun 146-cı kilometrliyində Xaçmaz rayon sakini Etibar Zeynalov idarə etdiyi “Jiquli” markalı avtomobilə yolu keçən Vəlvələ kənd sakini, 71 yaşlı Gülmirzə Məmmədovu vurub. Sürücü ağır yaralını xəstəxanaya apararkən Külmirzə Məmmədov yolda dünyasını dəyişib. Hadisə ilə əlaqədar Quba RPŞ-də təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR