Əli Bayramlıda narkotik alverinə görə 2 nəfər həbs olunub

Əli Bayramlıda narkotik alverinə görə 2 nəfər həbs olunub
# 06 iyul 2007 10:10 (UTC +04:00)
Əli Bayramlı sakini narkotik maddə satarkən yaxalanıb. Əli Bayramlı Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 5-də şəhərin Vidadi küçəsi-26 ünvanda yaşayan 1968-ci təvəllüdlü Akif Ərəstun oğlu Ələkbərov Vidadi küçəsi-29 ünvanda yaşayan 1963-cü il təvəllüdlü Mustafa Həsənbala oğlu Məmmədova narkotik vasitə olan heroini (0,021 qr) satarkən Əli Bayramlı ŞPŞ-nin əməkdaşları tərəfindən yaxalanıb. M. Məmmədovun evində aparılan axtarış zamanı da narkotik vasitə olan heroin aşkar edilib. Hər iki nəfər polis tərəfindən həbs olunub. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR