Hacıqabul sakininin həyətində 5 ədəd çətənə kolu aşkarlanıb

Hacıqabul sakininin həyətində 5 ədəd çətənə kolu aşkarlanıb
# 10 iyul 2007 08:05 (UTC +04:00)
Hacıqabul sakininin həyətində narkotik vasitə olan 5 ədəd çətənə kolu aşkarlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat üzrə rəis müavini Elşad Məmmədov məlumat verib. Məlumatda bildirilir ki, iyulun 8-də rayonun Qubalı Baloğlan kəndinin sakini 1981-ci il təvəllüdlü Elşad Xudaşirin oğlu Soltanovun həyətyanı sahəsində beş ədəd çətənə kolu aşkarlanaraq götürülüb. E. Soltanov Hacıqabul RPŞ-nin narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR