Səhiyyə Nazirliyi QİÇS-ə yoluxmuş yeniyetmə qızla bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi QİÇS-ə yoluxmuş yeniyetmə qızla bağlı məlumat yayıb
# 10 iyul 2007 14:49 (UTC +04:00)
Səhiyyə Nazirliyi QİÇS-ə yoluxmuş 1989-cu il təvəllüdlü Elnarə Gülməmməd qızı Əhmədova ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, adıçəkilən şəxs 2003-cü il avqustun 18-də Ramana qapalı tipli Dəri-Zöhrəvi Xəstəxanasına daxil olub. Vətəndaşın qanı müayinə üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərilib və nəticəsi müsbət olub. Bundan sonra xəstə qeydiyyata götürülüb. Həmin il avqustun 28-də mərkəzin həkimi xəstəxanaya gələrək epidemioloji araşdırma aparıb və xəstəyə xəbərdarlıq edib. 2005-ci ilin aprelin 19-da 1 saylı xəstəxananın doğum şöbəsindən şübhəli hal olaraq QİÇS Mərkəzinə qan nümunəsi göndərilib. Araşdırma nəticəsində yenə həmin xəstənin E. Əhmədova olduğu müəyyənləşdirilib. Bu qadın körpəni dünyaya gətirib və onu xəstəxanada tərk edərək qaçıb. Sonradan körpə dünyasını dəyişib. QİÇS Mərkəzi baş verən hadisələrlə bağlı vətəndaşın yaşadığı ünvanı tapmaq məqsədi ilə DİN-in ünvanlar bürosuna müraciət edib. Ancaq şəxsin varlığı təsdiqlənməyib. Son iki ildə onun haqqında heç bir məlumat olmayıb, aparılan axtarışlar nəticə verməyib. 2007-ci il iyulun 8-də “Ümid yeri” Uşaq Evindən QİÇS mərkəzinə xəstənin orada olması barədə məlumat daxil olub. İyulun 9-da Uşaq Evlərinə Qayğı İctimai Birliyinin sədri S. Teymurov və Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi tərəfindən xəstə QİÇS mərkəzinə gətirilib. Hazırda E. Əhmədova orada müayinə olunur, lazımi epidemioloji tədbirlər aparılır. /APA
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR