Sumqayıt Alüminium Zavodunun ərazisində partlayış baş verib, xəsarət alan var

Sumqayıt Alüminium Zavodunun ərazisində partlayış baş verib, xəsarət alan var
# 10 iyul 2007 15:06 (UTC +04:00)
İyulun 8-də Sumqayıt şəhərindəki Alüminium Zavodunun ərazisində baş vermiş partlayışla bağlı şəhər prokurorluğunda araşdırma aparılır. Bu barədə APA-ya Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev məlumat verib. P. Əliyev bildirib ki, hələlik faktla bağlı cinayət işi başlanmayıb, hadisə nəticəsində yaralanmış Məmmədcəfər Əhmədovun vəziyyəti isə normaldır.
Qeyd edək ki, Alüminium Zavodunun ərazisində metal əridilməsindən əmələ gəlmiş qazdan ani partlayış baş verib. Nəticədə zavodun işçisi Məmmədcəfər Əhmədov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR