Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib
# 12 iyul 2007 12:07 (UTC +04:00)
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə dünən gecə saat 23:00 radələrində Ələt-Astara avtomobil yolunun 223-cü kilometrliyində - Lənkəran rayonunun Şilavar kəndi ərazisində Astara rayonu istiqamətindən hərəkət edən Lənkəran şəhər sakini, 21 yaşlı Fayaz Vaqif oğlu Qaraxanov idarə etdiyi “VAZ-2106” markalı 42 BC 046 dövlət nömrə nişanlı avtomaşınla qarşısında gedən Lənkəran rayonunun Şilavar kənd sakini, 28 yaşlı Azər Miri oğlu Dadaşovun idarə etdiyi “VAZ-2114” markalı 42 BJ 542 dövlət nömrə nişanlı avtomaşını arxadan vuraraq yolun sağındakı kanala atıb. Daha sonra o, ”QAZ-31” markalı 10 HM 580 dövlət nömrə nişanlı avtomobilin qarşısına çıxaraq onunla toqquşub. Nəticədə F. Qaraxanov aldığı xəsarətdən yerindəcə keçinib. Onun yanındakı sərnişin, 22 yaşlı Lənkəran şəhər sakini Rüfət Namüdər oğlu Allahverdiyev isə bədəninin müxtəlif nahiyələrində qapalı travma və başın sıyrılması yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən APA-ya verilən məlumata görə, onun vəziyyəti qənaətbəxşdir. Avtoqəzaya səbəb ”VAZ-2106”-nın düzgün manevr etməməsi, qarşıda gedən avtomobillə məsafə saxlamaması və maşınların yoluna çıxması olub. Faktla bağlı Lənkəran Səhər Polis Şöbəsində təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR