Xaçmazda gömrük əməkdaşı qətlə yetirilib

Xaçmazda gömrük əməkdaşı qətlə yetirilib
# 12 iyul 2007 12:44 (UTC +04:00)
Xaçmaz Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, hadisə Xaçmazın Yalama kəndindəki bağ sahəsində - mərhumun iş yerinin yaxınlığında baş verib. Babasının evinə qonaq gələn 25 yaşlı Şamaxı sakini Hüseyn Cəbrayılov gömrük işçisini bıçaqla qətlə yetirib. Yalama dəmiryol polisinin əməkdaşları Hüseyn Cəbrayılovu yaxalayıblar. İlkin məlumatlara görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR