Ağstafa rayonunun Saloğlu kəndində keçmiş Sovet Ordusundan qalma hərbi bazanın ərazisində partlayış baş verib, ölən və yaralanan var

Ağstafa rayonunun Saloğlu kəndində keçmiş Sovet Ordusundan qalma hərbi bazanın ərazisində partlayış baş verib, ölən və yaralanan var
# 12 iyul 2007 17:23 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılovun APA-ya verdiyi məlumata görə, hərbi sursatın partlaması nəticəsində ANAMA-nın 1 istehkamçısı həlak olub, 1-i isə yaralanıb. Hazırda ANAMA-nın mütəxəssisləri partlayış baş verdiyi ərazidə araşdırmalar aparır. Həlak olan və yaralanan şəxsin adını açıqlamağı lazım bilməyən N. İsmayılov araşdırmaların nəticələri barədə ictimaiyyətə sabah məlumat veriləcəyini bildirib.
Ağstafa rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarov APA-nın Qərb bürosuna açıqlamasında hadisənin saat 12.00 radələrində baş verdiyini, ANAMA əməkdaşlarının minanı zərərsizləşdirərkən partlayışın olduğunu deyib. Hazırda hadisə yerində olduğunu söyləyən 1-ci müavin də ölən və yaralanan istehkamçıların adlarını açıqlamayıb.
Bununla belə, həmin şəxslərin adlarını müəyyənləşdirmək mümkün olub. Ağstafa rayon Polis İdarəsindən APA-nın Qərb bürosuna bildirilib ki, ölən istehkamçı, 1971-ci il təvəllüdlü Seymur Rəşid oğlu Namazov, yaralanan istehkamçı isə 1977-ci il təvəllüdlü Bəxtiyar Xaləddin oğlu Məmmədovdur. Partlayış nəticəsində qolunun birini itirmiş B. Məmmədovun üzərində hazırda cərrahiyyə əməliyyatı aparılır. Polisdən o da bildirilib ki, faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır. /APA/








#
#

ƏMƏLİYYAT İCRA OLUNUR