Krasnoyarskda azərbaycanlı biznesmen Rafiq Məmmədovun oğurlanmasının təfərrüatları açıqlanıb

Krasnoyarskda azərbaycanlı biznesmen Rafiq Məmmədovun oğurlanmasının təfərrüatları açıqlanıb
# 13 iyul 2007 14:27 (UTC +04:00)
APA-nın məlumatına görə, Krasnoyarsk vilayətinin daxili işlər şöbəsinin rəisi Aleksandr Qorovoy əslində Rafiq Məmmədovun itkin düşmədiyini deyib: “Hüquq-mühafizə orqanlarının kriminal qruplaşmalarla mübarizə planına uyğun olaraq azərbaycanlı iş adamının yoxa çıxmağı barədə xəbər yaydıq. Yalnız onu deyə bilərəm ki, Rafiq Məmmədovun itkin düşməsi, oğurlanması, yaxud öldürülməsi ilə bağlı yaydığımız xəbərlər öz effektini verdi və biz planlaşdırdığımız məxfi əməliyyatı uğurla həyata keçirdik. Rafiq Məmmədov hazırda heç bir problem olmadan öz biznes fəaliyyətini davam etdirir”. Qeyd edək ki, Krasnoyarsk vilayət prokurorluğu iyunun 27-də azərbaycanlı iş adamı Rafiq Məmmədovun itkin düşməsi barədə rəsmi məlumat yayıb. Vilayət prokurorunun köməkçisi Yelena Pimonenko jurnalistlərə bildirib ki, Rafiq Məmmədov axşam saatlarında oğluna pul vermək üçün keçmiş arvadının evinə gedib: “Lakin o evə daxil ola bilməyib. Qonşular evin alaqapısı yaxınlığında güllə səsləri eşidiblər. Rafiq Məmmədovun oğlu atəş səslərindən beş dəqiqə sonra çölə çıxsa da, heç kəsə rast gəlməyib”. Hüquq-mühafizə orqanları o zaman Rafiq Məmmədovun öldürülə biləcəyi versiyasını ortaya ataraq bu istiqamətdə təhqiqat aparıldığını bəyan etmişdilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR