Xaçmazda telefon oğruları tutulub

Xaçmazda telefon oğruları tutulub
# 16 iyul 2007 13:16 (UTC +04:00)
Xaçmaz şəhər sakini Əntiqə Ələkbərovanın mobil telefonunu oğurlayan şəxslər yaxalanıb. Bu barədə APA-nın şimal bürosuna Xaçmaz Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Toydan qayıdan Ə. Ələkbərovanın mobil telefonunu əl çantasından oğurlayaraq qaçan Çarxı kənd sakinləri - 1986-cı il təvəllüdlü Zöhrab Zülfüqarov və 1991-ci il təvəllüdlü İbrahim Baqatov dünən gecə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Faktla bağlı Xaçmaz RPŞ-də təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR