Rusiyadan Azərbaycana qaçaq yolla külli miqdarda aksiz markasız siqaret məhsulunun gətirilməsinin qarşısı alınıb

Rusiyadan Azərbaycana qaçaq yolla külli miqdarda aksiz markasız siqaret məhsulunun gətirilməsinin qarşısı alınıb
# 16 iyul 2007 15:02 (UTC +04:00)
Bu barədə APA-ya DSX-nın ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib. Əməliyyat zamanı qaçaqmalı gətirən Azərbaycan vətəndaşları sərhədçilərin qanuni tələblərinə tabe olmayıb və qaçmağa cəhd göstəriblər. Lakin DSX əməkdaşları cinayətkarların hərəkət etdikləri avtomaşınları saxlamağa müvəffəq olublar. Nəqliyyat vasitələrinə və yaşayış yerlərinə baxış zamanı 61 min qutu - ümumi dəyəri 74 500 manat məbləğində 39 karobka “Kent”, 4 karobka “Kamel”, 10 karobka “Parlament”, 5 karobka “Davıdov”, 60 karobka “Malbro”, 6 karobka “Zolotaya Yava” siqaretləri aşkar olunaraq götürülüb. Hazırda faktla bağlı araşdırma və əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR