Bu il Azərbaycanda baş verən yol qəzalarında 174 nəfər ölüb, 446 nəfər yaralanıb

Bu il Azərbaycanda baş verən yol qəzalarında 174 nəfər ölüb, 446 nəfər yaralanıb
# 18 iyul 2007 09:40 (UTC +04:00)
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidovun APA-ya verdiyi məlumata görə, piyadaların vurulması ölkə ərazisində baş verən yol nəqliyyat hadisələrinin 45,3 faizini təşkil edir. Baş verən 43 yol nəqliyyat hadisəsinin piyadaların günahından baş verdiyini deyən Ə. Məcidov qeyd edib ki, bu hadisələr nəticədə 15 piyada həlak ölüb, 29 nəfər isə yaralanıb. Hadisələrdən 5-i sərxoş piyadaların günahından baş verib ki, nəticədə həmin piyadaların 3-ü ölüb, 2-si yaralanıb. Şöbə rəisi bu ilin ilk yarısında qeydə alınan yol nəqliyyat hadisələri nəticəsində 39 nəfər uşaq və yeniyetmənin həlak olduğunu, 134 nəfərin isə yaralandığını bildirib. Onun sözlərinə görə, ölənlərin 25-i, yaralıların isə 84-ü piyadadır. Ölkə ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrində həlak olan 410 nəfərdən 327-si kişi, 83-ü isə qadınlardır. Yaralananların 1400 nəfərindən 1057-sini kişilər, 342 isə qadınlar təşkil edir. Hesabat dövründə 18 nəfərin həlak olması və 33 nəfərin yaralanması ilə nəticələnən 50 yol-nəqliyyat hadisəsi qapalı qalıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR