Kəlbəcərli məcburi köçkün həyat yoldaşının və iki azyaşlı övladının başını kəsib

Kəlbəcərli məcburi köçkün həyat yoldaşının və iki azyaşlı övladının başını kəsib
# 19 iyul 2007 09:01 (UTC +04:00)
Dünən axşam radələrində Gəncədə dəhşətli qətl hadisəsi baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, Kəlbəcərdən olan məcburi köçkün, 1974-ci il təvəllüdlü Mürsəl Mahmudov öz həyat yoldaşı Nəcibə Mahmudovanı, 5 yaşlı oğlu Yusifi və 3 yaşlı qızı Fəxriyyəni xüsusi amansızlıqla qətlə yetirib. Axşam saatlarında yataq otağına girən Mürsəl Mahmudov balta ilə yoldaşının və uşaqlarının başını kəsib. Qatilin qohumları Mürsəl Mahmudovun hələ uşaq yaşlarından əsəb xəstəliyindən, son zamanlar isə zob ağrılarından əziyyət çəkdiyini bildiriblər. Gəncə şəhər Polis İdarəsinin Nizami rayon Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Mürsəl Mahmudov həbs olunub. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR