Ağstafada 33 mərmi aşkarlanıb

Ağstafada 33 mərmi aşkarlanıb
# 19 iyul 2007 09:52 (UTC +04:00)
Ağstafada 33 mərmi aşkarlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ağstafa Rayon Polis Şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xətai kəndində, kənd sakini Şahin Hüseynova məxsus torpaq sahəsinin yaxınlığından (çəpər boyu) 33 ədəd “FAB-50” tipli mərmi aşkarlanaraq götürülüb. Mərmilər zərərsizləşdirilməsi üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə təhvil verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR