Bakı-Qazax yolunda baş verən yol qəzasında bir nəfər ölüb

Bakı-Qazax yolunda baş verən yol qəzasında bir nəfər ölüb
# 23 iyul 2007 14:15 (UTC +04:00)
Bakı-Qazax yolunun 455-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. APA-nın Qərb bürosunun məlumatına görə, iyulun 21-də təxminən gecə saat 23:20-də 1964-cü il təvəllüdlü Qazax rayon sakini Şakir Ziyad oğlu Abdullayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil 1960-cı il təvəllüdlü Sabir Tağı oğlu Qurbanovun idarə etdiyi traktorun qoşqusuna çırpılıb. Nəticədə “VAZ 2106”nın sürücüsü, həmçinin avtomaşında olan İlham Mühit oğlu Qurbanov və Çərkəz Dilənçi oğlu Qocayev xəsarət alaraq Ağstafa rayon xəstəxanasına çatdırılıblar. Ç. Qocayev aldığı xəsarətdən dünyasını dəyişib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR