Tərtər rayonunun Seydimli kəndində iki ədəd “Qrad” tipli partlamamış mərmi aşkarlanıb

Tərtər rayonunun Seydimli kəndində iki ədəd “Qrad” tipli partlamamış mərmi aşkarlanıb
# 26 iyul 2007 11:09 (UTC +04:00)
ANAMA-nın əməkdaşları Tərtər rayonunun Seydimli kəndinin sakinləri Münəvvər Verdiyeva və Şirin İsmayılovanın həyətindən iki ədəd “Qrad” tipli partlamamış mərmi aşkarlayıblar. ANAMA-dan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Seydimli kəndində daha 14 evdə partlamamış hərbi sursat olduğu güman edilir. Bundan başqa, təşkilatın əməkdaşları tərəfindən bu günlərdə daha üç həyətyanı sahədə “Qrad” mərmisi tapılıb. Tərtər rayonunda inşa edilən Diaqnostika Mərkəzinin həyətində də bir ədəd “Qrad” tipli mərmi aşkarlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR