HİV/AİDS-ə qarşı mübarizə aparan təşkilatlar KIV rəhbərlərinə müraciət edib

HİV/AİDS-ə qarşı mübarizə aparan təşkilatlar KIV rəhbərlərinə  müraciət edib
# 26 iyul 2007 11:51 (UTC +04:00)
Azərbaycanda HİV/AİDS-ə qarşı mübarizə aparan təşkilatlar Kütləvi İnformasiya Vasitələrinə (KIV) müraciət ünvanlayıblar. Açıq Cəmiyyət İnstitutundan APA-ya daxil olan müraciətdə bildirilir ki, iyulun əvvəllərindən başlayaraq KIV-də yetkinlik yaşına çatmamış bir qızın HİV daşıyıcısı olması və xəstəliyi şüurlu surətdə yayması ilə bağlı ilə geniş müzakirə aparılır: “Bu, HİV/AİDS-ə qarşı mübarizə aparan təşkilatlarda narahatlıq doğurur. Müzakirələrə qatılan tərəflər HİV/AİDS probleminin terminoloji, tibbi, ictimai, səhiyyə, psixoloji, hüquqi və etik aspektləri ilə hələ tanış olmadıqlarını nümayiş etdirir. Nəticədə Azərbaycanda son dövrdə HİV/AİDS-lə bağlı həyata keçirilən tədbirlərin, xüsusilə də məlumatlandırma və stiqma əleyhinə aparılan işin nəticələri heçə endirilir. Ən başlıcası isə, bununla gələcəkdə HİV-in yayılmasının qarşısının alınmasına yönəlmış tədbirlərə mənfi təsir göstərilir”. Müraciətdə qeyd olunur ki, HİV daşıyıcısının fotosunun və adının açıqlanması, müayinə edilməmiş şəxslərə HİV-ə “yoluxma” damğasının vurulması, 200-dən artıq şəxsin iştirak etdiyi münasıbətlərin məsuliyyətinin yetkinlik yaşına çatmamış şəxsin üzərinə qoyulması İnsan Hüquqları haqqında Beynəlxalq Konvensiyanın, “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” qanunun tələblərinin pozulması deməkdir. Müraciətə qoşulan təşkilatlar KİV-də HİV/AİDS probleminin bu cür işıqlandırılmasının əleyhinədir. Təşkilatlar KİV rəhbərləri, Redaktorlar Birliyi və Mətbuat Şurasından HİV/AİDS problemlərinin müəyyən edilmiş prinsiplərlə işıqlandırılmasını xahiş edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR