Gəncədə yaşayış binanın qarşısında hərbi sursat aşkar edilib

Gəncədə yaşayış binanın qarşısında hərbi sursat aşkar edilib
# 28 iyul 2007 12:52 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, sursatı binada yaşayan uşaqlar oynayarkən 1-ci blokun qarşısındakı oturacağın altında aşkar edib və dərhal bina sakinlərinə xəbər veriblər. Sakinlər isə öz növbəsində bu barədə polisə məlumat çatdırıblar. Əraziyə gələn polis əməkdaşları ilkin olaraq sursat aşkar olunan yeri lentlə əhatəyə alaraq bina sakinlərini ərazidən uzaqlaşdırıblar. Binanın yaxınlığında yerləşən hərbi hissənin mütəxəsisləri hadisə yerinə gələrək beton içində olan sursatın partlayış qabiliyyətinin olub-olmamasını yoxlayıblar. Həmin binada yaşayan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) istehkamçısı Cəsur Zəkəriyevin bildirdiyinə görə, tapılan sursat beton dələn Q-509 markalı sursatın başlığıdır və heç bir partlama təhlükəsi yoxdur.
ANAMA-nın Xanlar Regional Bazasının region üzrə meneceri Namiq Məmmədovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, sursatın tapılması barədə onlara heç bir müraciət daxil olmayıb: “Deyilənlərə görə bu adi dəmir parçasıdır. Həmin ərazi yaxınlıqda yerləşən “N” saylı hərbi hissənin balansında olduğundan bizim orada hər hansı bir tədqiqat aparmağa ixtiyarımız yoxdur”.
Qeyd edək ki, bundan əlavə, həmin binanın yaxınlığında yerləşən 387 saylı binanın zirzəmisindən də artilleriya mərmisi aşkar edilərək götürülüb. Tapılan bu sursat da istifadəyə yararsız olub./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR