“Qırmızı körpü”də 15 gürcü sərhədçisi azərbaycanlı Anar Məmmədovu döyüb

“Qırmızı körpü”də 15 gürcü sərhədçisi azərbaycanlı Anar Məmmədovu döyüb
# 30 iyul 2007 09:15 (UTC +04:00)
Bu barədə APA-nın Gürcüstan bürosuna açıqlama verən Anar Məmmədov hadisənin sərhəddə sənədlərin yoxlanması zamanı baş verdiyini deyib. Sənədləri yoxlayan gürcü sərhədçilər azərbaycanlı Anar Məmmədovu təhqir ediblər. Nəticədə Anar Məmmədovla sərhədçilər arasında mübahisə yaranıb və 15 nəfərə yaxın sərhədçi soydaşımızı vəhşicəsinə döyüblər. Sərhədçilərin zərbələri nəticəsində soydaşımız bir neçə yerindən ağır bədən xəsarəti alıb.
Qeyd edək ki, zərərçəkən ailə üzvləri ilə birlikdə Gürcüstanda yaşayan yaxın qohumlarına baş çəkməyə gedirmiş. “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsindən faktla bağlı APA-nın Gürcüstan bürosuna heç bir açıqlama verməyiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR