Azərbaycan Ordusunun iki hərbçisi həlak olub, biri isə ağır yaralanıb

Azərbaycan Ordusunun iki hərbçisi həlak olub, biri isə ağır yaralanıb
# 30 iyul 2007 09:56 (UTC +04:00)
Nəticədə Azərbaycan Ordusunun iki hərbiçisi 1986-cı il təvəllüdlü, Qəbələ Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, Bakı Ali Birləşmiş Hərbi Komandanlıq Məktəbinin müdavimi Həşimov Qurban Raim oğlu və 1983-cü il təvəllüdlü, “N” saylı hərbi hissənin zabiti, 2001-ci ildə Kürdəmir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış İsmayılov Rizvan Zöhrab oğlu həlak olub. Maşında olan digər hərbçi, Daşdəmirov Ruslan Əbülfət oğlu isə ağır yaralanıb. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına, daha sonra hospitala aparılıb. 1986-cı təvəllüdlü hərbçi 2004-cü ildə Xətai rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirlindən məlumat təsdiqlənib. Mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, yaralının vəziyyəti normaldır. Hadisə hərbçilərin şəxsi maşınında baş verib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR