Aleksandr Alekseyenko: “Ukrayna Azərbaycanı fövqəladə hallarda istifadə olunan zəruri texnika ilə təchiz etməyə hazırdır”

Aleksandr Alekseyenko: “Ukrayna Azərbaycanı fövqəladə hallarda istifadə olunan zəruri texnika ilə təchiz etməyə hazırdır”
# 30 iyul 2007 10:54 (UTC +04:00)
Ukrayna fövqəladə halların aradan qaldırılmasında əməkdaşlıq çərçivəsində Azərbaycanı zəruri texnika ilə təchiz etməyə hazırdır. Bu barədə APA-ya Ukrayna Fövqəladə Hallar Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin nümayəndəsi Aleksandr Alekseyenko məlumat verib. Onun sözlərinə görə, Ukraynada mütəmadi olaraq bu sahəyə dair texnikanın nümayiş etdirildiyi sərgilər keçirilir. Aleksandr Alekseyenko Azərbaycanın bu kimi sərgilərdə iştirakını vacibliyini vurğulayıb. O, Azərbaycan və Ukrayna Fövqəladə Hallar Nazirliklərinin GUAM çərçivəsində əməkdaşlığının böyük əhəmiyyət daşıdığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR