İnsan alveri ilə məşğul olan iki nəfər həbs edilib

İnsan alveri ilə məşğul olan iki nəfər həbs edilib
# 31 iyul 2007 11:42 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları insan alveri ilə məşğul olan iki nəfəri həbs ediblər. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib. Bakı şəhər sakinləri Heyranə Zeynalova və əvvəllər məhkum olunmuş Çingiz Aslanovun gəlir əldə etmək məqsədilə bir qrup şəxslə cinayət əlaqəsinə girdiyi müəyyənləşdirilib. Qadınları Pakistana apararaq cinsi istismara məruz qoyduğuna görə hər iki şəxs həbs edilib. Faktla bağlı cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR