Azərbaycanın paytaxtında uçmuş binanın dağıntıları altından bu gün saat 12.30-da daha bir cəsəd çıxarılıb

Azərbaycanın paytaxtında uçmuş binanın dağıntıları altından bu gün saat 12.30-da daha bir cəsəd çıxarılıb
# 01 sentyabr 2007 10:04 (UTC +04:00)
Onun sözlərinə görə, cəsədin kimliyini müəyyən etmək üçün ekspertizaya göndərilib. Ə. Seyidov həmçinin, hadisə ilə bağlı məsuliyyətli olanlardan 4 nəfərdən artıq şəxs saxlanılmadığını bildirib. O, aparılan araşdırmalardan asılı olaraq müvafiq qərarların veriləcəyini bildirib. Ə. Seyidov aparılan istintaqa şəxsən rəhbərlik etdiyini qeyd edib. Yasamal rayon Polis İdarəsinin rəisi Məhəbbət Hüseynov isə APA-ya bildirib ki, uçqun altında qalmış şəxslərin yaxınları hadisə ilə bağlı dindirilmək üçün prokurorluğa dəvət olunacaqlar.
Qeyd edək ki, bununla dağıntılar altından çıxarılan cəsədlərin sayı 14-ə çatıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR