“Amnesty İnternational” İranda azərbaycanlı fəalın həbsinə etirazını bildirib

“Amnesty İnternational” İranda azərbaycanlı fəalın həbsinə etirazını bildirib
# 01 sentyabr 2007 10:27 (UTC +04:00)
“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı İranda yaşayan türklərin hüquqları uğrunda hərəkatın fəallarından olan Əmir Abbas Bənayi Kazıminin həbs olunması ilə bağlı bəyanat yayıb. İranda Azərbaycanlı Məhbuslara İşgəncə Əleyhinə Mübarizə Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda mayın 14-də Təbrizdə yaşadığı evdə tutulan Ə. Kazıminin hazırda şəhər təcridxanasında qanunsuz saxlanıldığı bildirilir və onun vəkil tutmasına, ailəsi və yaxın qohumları ilə görüşməsinə imkan yaradılmadığı qeyd olunur: “Əmir Abbas Bənayi Kazımi uzun müddətdir İran azərbaycanlılarının təhsil hüquqları uğrunda mübarizə aparır. Pantürkizmdə ittiham olunan Əmir Abbas Bənayi Kazıminin həbsdə saxlanması qanunsuzdur və o, siyasi məhbus kimi qəbul olunur. Kazımi həbsxanada İran hüquq-mühafizə orqanları tərəfindən işgəncələrə məruz qalır və insani haqları tapdalanır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR