Sabirabadda fəhlə tikintidən yıxılaraq ağır yaralanıb

Sabirabadda fəhlə tikintidən yıxılaraq ağır yaralanıb
# 05 sentyabr 2007 08:15 (UTC +04:00)
Sabirabadda fəhlə tikintidən yıxılaraq ağır yaralanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı şəhər xəstəxanasından verilən məlumatda bildirilir ki, Əli Bayramlı şəhəri, F. Eynullayev küçəsi 3, mənzil 11-də yaşayan 1974-cü il təvəllüdlü Natiq Qocabəy oğlu Həsənov Sabirabad rayonunun Axtaçı kəndində Quşçuluq fabrikinin dam örtüyündə təmir işləri görərkən büdrəyərək başı üstə yerə yıxılıb. Nəticədə Natiq Həsənov kəllə-beyin travması ilə Əli Bayramlı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, xəstə komotoz vəziyyətdədir. Faktla bağlı Sabirabad RPŞ-də təhqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR