Binədə keçirilən toyda zəhərlənən 27 uşağın vəziyyəti kafidir

Binədə keçirilən toyda zəhərlənən 27 uşağın vəziyyəti kafidir
# 06 sentyabr 2007 11:48 (UTC +04:00)
Bakının Əzizbəyov rayonun Binə qəsəbəsinin Təzə Məhəllə adlanan ərazisində keçirilən kiçik toy məclisində zəhərlənən 27 uşağın vəziyyəti kafidir. Bu barədə APA-ya həmin uşaqların müalicə olunduqları Bakı şəhər 5 saylı uşaq yoluxucu xəstəxanasının baş həkimi Raifə Naci deyib. Onun sözlərinə görə, 26 uşaq xəstəxanaya hadisə baş verən gün - sentyabrın 4-də gecə gətirilib. Dünən isə daha bir uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Baş həkim deyib ki, uşaqların evə buraxılması üçün müayinələrin cavablarını gözləyirlər. Cavabların ya bu gün, ya da sabah açıqlanacağı gözlənilir. Qeyd edək ki, sentyabrın 4-də Binədə keçirilən toyda 51 nəfər zəhərlənib. Onların 25-i 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və ilkin yardımdan sonra evə buraxılıb. Digər 26 uşaq isə 5 saylı uşaq yoluxucu xəstəxanasına gətirilib. İlkin araşdırmalara görə, xəstələr Binə qəsəbəsinin Təzə Məhəllə adlanan ərazisində həyət şəraitində keçirilən kiçik toy məclisində hazırlanan yeməklərdən zəhərləniblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR