Piyadanı vurduqdan sonra hadisə yerindən qaçmış sürücü yaxalanıb

Piyadanı vurduqdan sonra hadisə yerindən qaçmış sürücü yaxalanıb
# 06 sentyabr 2007 12:08 (UTC +04:00)
Piyadanı vurduqdan sonra hadisə yerindən qaçmış sürücü yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 5-də saat 22:15 radələrində Zərdab rayonunun Gəlmə kəndində müəyyən olunmamış avtomaşınla kənd sakini Niyaməddin İsmayılov vurulub. Xəstəxanaya aparılan N. İsmayılov ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Zərdab RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni idarə etdiyi “QAZel” markalı avtomaşınla törətmiş Bakı şəhər sakini Elbrus Xəlilov tutulub. Faktla bağlı Zərdab RPŞ tərəfindən araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR