Bakı və Gəncədə iki piyada maşınla vurulub

Bakı və Gəncədə iki piyada maşınla vurulub
# 07 sentyabr 2007 11:52 (UTC +04:00)
Dünən Bakının Nərimanov rayonundakı Həsən Əliyev küçəsində paytaxt sakini Zəminə Babayevaya məxsus "Moskviç-412" markalı avtomaşınla (sürücüsünün şəxsiyyəti müəyyənləşdirilir) 60-65 yaşlı kişi vurulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş şəxs ölüb.
Gəncənin Kəpəz rayonundakı Xətai küçəsində şəhər sakini Füzuli Allahverdiyev "Qazel" markalı avtomaşını idarə edərkən 50-55 yaşlı kişini vurub. Şəxsiyyəti müəyyənləşməyən zərərçəkən xəstəxanada ölüb.
Dünən saat 12.00 radələrində isə Gəncənin Heydər Əliyev prospektində şəhər sakinləri Natiq Məmmədovun idarə etdiyi "Audi" markalı avtomaşın və Namiq İbrahimovun idarə etdiyi "Muravey" markalı motoroller toqquşub. Nəticədə N. İbrahimov hadisə yerində keçinib.
Bütün faktlarla bağlı araşdırmalar aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR