Zaqatalada bir nəfər bıçaqlanıb

Zaqatalada bir nəfər bıçaqlanıb
# 10 sentyabr 2007 14:13 (UTC +04:00)
Ötən gecə Zaqatalada bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Muxax kənd sakini, 1985-ci il təvəllüdlü Rövşən Xəlil oğlu Gəncəliyev öz həmkəndlisi, 20 yaşlı Elsevər Məhəmməd oğlu Mahmudovu bıçaqlayıb. Sakinlərin bildirdiyinə görə, R. Gəncəliyev E. Mahmudova şəxsi münaqişə zəminində 3 bıçaq zərbəsi endirib. Hadisədən dərhal sonra E. Mahmudov rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin dediyinə görə, E. Mahmudov döş qəfəsinin sol hissəsinin arxa tərəfindən iki, ön tərəfdən isə bir bıçaq zərbəsi alıb. Hazırda onun vəziyyəti ağırdır. Rayon Polis Şöbəsindən olayla bağlı açıqlama verilməsə də, kənd sakinləri R. Gəncəliyev saxlanıldığını söyləyiblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR