İtkin düşən Sabirabad sakininin özünü Kürə ataraq intihar etdiyi ehtimal olunur

İtkin düşən Sabirabad sakininin özünü Kürə ataraq intihar etdiyi ehtimal olunur
# 11 sentyabr 2007 11:28 (UTC +04:00)
İtkin düşən Sabirabad sakininin özünü Kür çayına ataraq intihar etdiyi ehtimal olunur. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon Polis Şöbəsindən verilən məlumatda bildirilir ki, Sabirabad rayonunun Şıxsalahlı kənd sakini 1968-ci il təvəllüdlü Ulduz Salam qızı Möhsümova sentyabrın 9-da saat 18:00 radələrində evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin gün Sabirabad RPŞ-yə Əsli Mirsədir qızı Möhsümovadan qızının evdən getməsi və geri qayıtmaması haqqında müraciət daxil olub. Bir müddət sonra o, qızının ayaqqabılarının Kür çayının sahilindən tapılması haqqında polisə məlumat verib. Polisin ehtimalına görə, Ulduz Möhsümova özünü Kürə ataraq intihar edib. Hazırda onun axtarışları davam edir. Faktla bağlı Sabirabad RPŞ-də və prokurorluqda tədqiqat aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR