Qazaxıstan sularında qeyri-qanuni balıq ovu ilə məşğul olan 60-a yaxın Azərbaycan vətəndaşı saxlanılıb

Qazaxıstan sularında qeyri-qanuni balıq ovu ilə məşğul olan 60-a yaxın Azərbaycan vətəndaşı saxlanılıb
# 12 sentyabr 2007 12:50 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Qazaxıstandakı konsulu Musa Haqverdiyev məlumat verib. O bildirib ki, avqustun 13-də Qazaxıstan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Xidmətinin əməkdaşları tərəfindən ölkənin su sərhədlərini pozduğuna və qanunsuz balıq ovladığına görə saxlanılmış və Bakı limanında qeydiyyatda olan “TBF-58” gəmisinin 8 nəfərdən ibarət heyətinə qarşı Qazaxıstanın Cinayət Məcəlləsinin 47.2 maddəsi ilə cinayət işi qaldırılıb. İrəli sürülən ittiham təsdiqlənərsə, balıqçılar ya 4 aydan 6 aya qədər həbs, ya inzibati həbs, ya da Qazaxıstanın minimum əmək haqqının 500 mislindən 700 mislinə qədər cərimə ilə cəzalandırılacaq. Konsul iyul ayında saxlanılmış 3 Azərbaycan gəmisində çalışan 26 Azərbaycan vətəndaşına qarşı da cinayət işi qaldırıldığını, ümumiyyətlə, aprel ayından bu yana sərhəd pozuculuğu ilə bağlı 5-6 hadisənin qeydə alındığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR