Zaqatala sakini qısqanclıq zəminində həyat yoldaşını bıçaqlayıb

Zaqatala sakini qısqanclıq zəminində həyat yoldaşını bıçaqlayıb
# 13 sentyabr 2007 13:04 (UTC +04:00)
Zaqatala sakini qısqanclıq zəminində həyat yoldaşını bıçaqlayıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 11:30 radələrində Zaqatalanın Fikrət Əmirov küçəsində baş verib. Rayonun Əliabad kənd sakini, 1968-ci il təvəllüdlü Abdulla İsrafil oğlu Əhmədov öz həyat yoldaşı, 1978-ci il təvəllüdlü Pərvanə Əsədulla qızı Hacıməmmədovaya 7 bıçaq zərbəsi vurub. Zərərçəkən ağır vəziyyətdə rayon Mərkəzi Xəstəxanasının (MX) cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin dediyinə görə, P. Hacıməmmədova bədənin müxtəlif hissələrindən, həmçinin döş qəfəsinin sol nahiyəsindən ağır bıçaq zərbəsi alıb və onun ağ ciyəri yararsız vəziyyətə düşüb. Hazırda Pərvanənin vəziyyəti ağır olaraq qalır. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, A. Əhmədov uzun illər Rusiyada yaşayıb. Rayona qayıtdıqdan sonra həyat yoldaşı barəsində gəzən şayiələri qəbul etmədiyi üçün qısqanclıq zəminində onu bıçaqlayıb. Hadisə ilə bağlı A. Əhmədov saxlanılıb və onun barəsində CM-nin 126.1 maddəsi ilə cinayət işi başlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR