Sumqayıtda təbii qaz sızmasından baş verən partlayış nəticəsində 2 nəfər ölüb

Sumqayıtda təbii qaz sızmasından baş verən partlayış nəticəsində 2 nəfər ölüb
# 13 sentyabr 2007 13:56 (UTC +04:00)
Sumqayıt şəhərində təbii qaz sızmasından ani partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dünən saat 01:45 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 14-də yaşayan Məzahir Allahyarovun mənzilində təbii qaz sızmasından ani partlayış baş verib. Nəticədə yanıq xəsarətləri almış M. Allahyarov və həyat yoldaşı Xalidə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR