Azərbaycan - Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb

Azərbaycan - Gürcüstan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb
# 14 sentyabr 2007 10:58 (UTC +04:00)
APA-nın “Novosti Qruziya” agentliyinə istinadən yaydığı məlumata görə, sərhəd-keçid məntəqəsində sentyabrın 14-dən 15-nə kimi texniki xarakterli profilaktika tədbirləri həyata keçiriləcək. Bu səbəbdən gün ərzində “Qırmızı körpü”dən vətəndaşların və avtomobillərin keçidinə icazə verilməyəcək. Gürcüstan Sərhəd Polisinin rəhbərliyi bu qərarın Azərbaycan Dövlət Sərhəd Xidməti ilə razılaşdırıldığını bildirib. /APA/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR