Xalq şairi Bəxtiyar Vahabzadənin səhhəti stabildir

Xalq şairi Bəxtiyar Vahabzadənin səhhəti stabildir
# 17 sentyabr 2007 08:52 (UTC +04:00)
Sentyabrın 13-də əməliyyat olunan xalq şairi Bəxtiyar Vahabzadənin səhhəti stabildir. Şair hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir. B. Vahabzadənin həkimi Rövşanə Qasımovanın APA-ya verdiyi məlumata görə, şairin səhhəti keçirdiyi əməliyyata uyğundur: “Bu gün cərrahların baxışından sonra Bəxtiyar Vahabzadənin palataya nə vaxt köçürüləcəyi məlum olacaq”.
Qeyd edək ki, sentyabrın 13-də B. Vahabzadənin üzərində cərrahiyyə əməliyyatı aparılıb və onun öd kisəsi götürülüb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR