Eldar Əzizov: “Gəncə qapıları” abidə-kompleksi əsl qapıların fraqmentləri əsasında hazırlanıb

Eldar Əzizov: “Gəncə qapıları” abidə-kompleksi əsl qapıların fraqmentləri əsasında hazırlanıb
# 19 sentyabr 2007 16:52 (UTC +04:00)
“Gəncə qapıları” abidə kompleksi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə XII əsrdə qapıların olduğu yerdə ucaldılıb. Abidə ölkə prezidentinin tapşırığı əsasında əsl qapıların fraqmentləri əsasında hazırlanıb”. APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov verib. O, qapıların orijinal vəziyyətinin öyrənilməsi və eskizlərin hazırlanması ilə əlaqədar Gəncə Regional Elm Mərkəzinin araşdırmalar apardığını və köhnə qapıların fraqmentlərini tapdıqlarını deyib. Qeyd edək ki, bu gün Gəncə şəhərində “Gəncə qapıları” abidə-kompleksinin təntənəli açılış mərasimi keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR