“Şərur” MTK-nın prezidenti İsfəndiyar Axundov: “Mən həbsindən sonra bir dəfə də oğlumla görüşməmişəm”

“Şərur” MTK-nın prezidenti İsfəndiyar Axundov: “Mən həbsindən sonra bir dəfə də oğlumla görüşməmişəm”
# 20 sentyabr 2007 13:33 (UTC +04:00)
Şirkət sahibi oğlunun azadlığa buraxılması barədə danışmaq istəməyib və bu haqda heç bir mətbuat orqanına açıqlama vermədiyini söyləyib: “Bu jurnalistlər aranı qarışdırılar, istədiklərini yazırlar, mənim əsəblərimlə oynayırlar. Əvvəl bir qəzet, sonra o birisi yazdı. Başqa iş-zad yoxdur, dünyada bəyəm elə bircə mənəm? Heç bir qəzetə də heç bir məlumat verməmişəm”. İ. Axundov oğlunun həbsdən azad edilmədiyini, onun məhkəməsinin gözlənildiyini, həbsindən sonra oğlu ilə görüşmədiyini və onunla maraqlanmadığını da deyib: “Mən həbsindən sonra bir dəfə də onunla görüşməmişəm. Mən özümə onunla bağlı danışmağı qadağan etmişəm”.
Məhkəmədən də APA-ya bildirilib ki, Ş. Axundovun işi ilə məhkəmə baxışı təyin edilməyib. Ş. Axundovun vəkli Rəşad Mirmehdizadə isə məhkəmənin məlumatını təsdiqləməklə kifayətlənib.
“Azadlıq” və “Yeni Müsavat” qəzetləri isə Ş. Axundovun heç bir cəza almadan azadlığa çıxması barədə xəbər yayıb. “Yeni Müsavat” qəzeti bu xəbəri İsfəndiyar Axundova istinadən yazıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham olunan Ş. Axundov 2005-ci il dekabrın 18-də dostu Anar İsmayılovun avtomobilinə atəş açaraq, ona ağır bədən xəsarəti yetirməkdə təqsirləndirilib. O, hadisəni törətdikdən sonra ölkəni tərk edib və barəsində axtarış elan olunub. Ş. Axundov Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrında Türkiyədə saxlanılıb və bu ilin iyunun 5-də Azərbaycana gətirilib. Cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Faiq Qasımovun icraatındadır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR