Məhkəmə müğənni Rəqsanənin bacısının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatəti təmin etməyib

Məhkəmə müğənni Rəqsanənin bacısının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatəti təmin etməyib
# 01 noyabr 2007 12:01 (UTC +04:00)
Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Akif Allahverdiyevin sədrlik etdiyi prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət təmin edilməyib.
Qeyd edək ki, Türkiyənin Bodrum 4-cü İnstansiya Cinayət Məhkəməsi oktyabrın 4-də E. İsmayılovaya qarşı irəli sürülən ittihamda konkret və qanuni sübutlar olmadığından onun barəsində bəraət hökmü çıxarıb. Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi) maddəsi ilə ittiham olunan E. İsmayılova barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun anası Adilə Həsənovaya isə CM-nin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil və ya cinayətkar təşkilat tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. E. İsmayılova və A. Həsənova insan alverinin qurbanı olmuş bir qadının ifadəsi əsasında həbs edilib. Daha sonra A. Həsənova isə səhhətindəki problemlə əlaqədar ölkəni tərk etməməklə bağlı iltizam alındıqdan sonra sərbəst buraxılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR