Qobustan qəsəbəsi ərazisində dünən baş verən ağır yol qəzasında ölənlərin sayı 13 nəfər olub

Qobustan qəsəbəsi ərazisində dünən baş verən ağır yol qəzasında ölənlərin sayı 13 nəfər olub
# 06 noyabr 2007 12:41 (UTC +04:00)
Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, əvvəlcə hadisə zamanı ölənlərin 14 nəfər olduğu bildirilsə də, meyitxanaya aparılan şəxslərindən azyaşlı Xəyal Kərimovun sağ qaldığı məlum olub. Ölənlərdən 10 nəfəri Ələt, 2 nəfəri Qızılburun, 1 nəfəri isə Qızıldaş qəsəbəsində dəfn olunub.
Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsindən APA-ya bildirib ki, hadisənin baş verməsində “Mercedes” markalı mikroavtobusun sürücüsü, Ələt qəsəbə sakini, Babayev Atakişi Şahbaz oğlunun günahkar olduğu ehtimal edilir. Əsas kimi isə Bakıdan Ələt istiqamətinə hərəkət edən mikroavtobusun hərəkətdə olan “KamAZ”-a arxadan çırpılması götürülür. Bu səbəbdən “KamAZ”-ın sürücüsü Alışov Xaliq Eynulla oğlu hələlik saxlanılmayıb. Lakin hadisənin kimin günahı ucbatından baş verdiyi yalnız ekspertiza rəyindən sonra dəqiqləşəcək. Cinayət işinin materialları isə Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. İstintaqı müstəntiq Fərhad Nuriyev aparır.
Qeyd edək ki, noyabrın 4-də gecə saat 22.30 radələrində Bakı-Qazax yolunun 51-ci kilometrliyində, sərnişinləri toydan gətirən “Mercedes” markalı, 10 LP 429 qeydiyyat nişanlı mikroavtobus arxadan X. Alışovun idarə etdiyi “KamAZ” markalı, 20 CF 194 dövlət qeydiyyat nişanlı avtomaşına çırpılıb. Nəticədə Ələt qəsəbə sakinləri - “Mercedes”in sürücüsü Babayev Atakişi Şahbaz oğlu, sərnişinlər - Babayev Zabil Şahbaz oğlu, Babayeva Rahilə Şahbaz qızı, Babayev Şahbaz Atakişi oğlu, Babayeva Əskinaz Qayıl qızı, Babayeva Fidan Pərviz qızı, Şirəliyev Vaqif Tanrıverən oğlu, Babayeva Təranə Şirməmməd qızı, Məmmədova Gövhər Əzizbala qızı, Rüstəmova Lalə İsbat qızı, Babayev Zaur Zabil oğlu, Kərimli Xalid Ağazadə oğlu və Babayev Bəhruz Ağakişi oğlu hadisə yerindəcə dünyasını dəyişib. Mikroavtobusun digər sərnişinləri Niyazov Pərvin Pərviz qızı, Niyazov Nicat Sovqat oğlu, Qurbanov Qorxmaz Zərbala oğlu, Məmmədrzayev Xəlil Rüstəm oğlu də Kərimov Xəyal isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ölənlərdən 3-ü azyaşlı uşaq, 4-ü ortayaşlı kişi, 6-sı isə qadındır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozma iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR