Bayraq aksiyasında saxlanılan QAT üzvü sərbəst buraxılıb

Bayraq aksiyasında saxlanılan QAT üzvü sərbəst buraxılıb
# 09 noyabr 2007 12:48 (UTC +04:00)
Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) Gənclər Komitəsi, Azərbaycan Demokratik Gənclər Hərəkatı və “Milli Fikir” Gənclər Hərəkatı tərəfindən üçrəngli bayrağın dövlət bayrağı elan edilməsinin 89-cu ildönümü münasibətilə keçirilən aksiyada saxlanılan QAT üzvü sərbəst buraxılıb. QAT-dan APA-ya bildirib ki, Cəfər Cabbarlının heykəli qarşısından Şəhidlər Xiyabanına yürüş etməyə cəhd göstərən aksiya iştirakçılarından Rüfət Əhmədzadə saxlanılaraq Nəsimi RPİ-nin 22-ci polis bölməsinə aparılıb. Polis bölməsindən R. Əhmədzadədən izahat alınıb və xəbərdarlıq edilərək saat 14:00 radələrində sərbəst buraxılıb. Qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının parlamenti 9 noyabr 1918-ci ildə üçrəngli bayrağı dövlət bayrağı elan edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR